Komitə: 7 dini icma ləğv edilib, 2 dini icma dövlət qeydiyyatına alınıb

15-12-2017, 18:14
Oxunub: 294
Dini qurumların fəaliyyət qaydasının pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib


Mövcud qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icma ləğv edilib, 2 dini icma dövlət qeydiyyatına alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu komitədə bu gün keçirilən müşavirədə qurumun Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov  bildirib.

Qeyd olunub ki, inzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti