Rusiya Bankı uçot dərəcəsini proqnozdan çox azaldıb

15-12-2017, 17:36
Oxunub: 271
Rusiya Bankı bu il 6-cı dəfədir ki, faizləri azaldır


Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 7,75%-ə endirib.

Report "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı bu il 6-cı dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozundan fərqlənib. Analitiklər Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar.

Report xəbər verir ki, bu qərar rublun məzənnəsini 0,43% azaldıb və məzənnə 59 RUB/USD səviyyəsini ötüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti