Böyük Britaniya parlamenti "Brexit" haqqında qərarda veto qoymaq hüququ qazanıb

14-12-2017, 16:37
Oxunub: 422
İcmalar Palatasında keçirilən səsvermədə 309 deputat dəyişikliklərin lehinə səs verib


Böyük Britaniyalı deputatlar "Brexit" ilə bağlı qanunundakı dəyişiklikləri təsdiqləyiblər.

Report "İnterfaks"a istinadən xəbər verir ki, dəyişikliklər Birləşmiş Krallığın Avropa İttifaqından çıxması ilə bağlı sazişin əvvəlcə parlament tərəfindən təsdiqlənməsini özündə ehtiva edir.

İcmalar Palatasında keçirilən səsvermədə 309 deputat dəyişikliklərin lehinə, 305 nəfər isə əleyhinə səs verib. Başqa sözlə, "Brexit" haqqında qərarda parlament veto qoymaq hüququ əldə edib.

Britaniyalı ekspertlərin fikrincə, bu qərar dekabrın 15-də Brüsseldə başlayacaq "Brexit" üzrə danışıqların növbəti mərhələsindən əvvəl Böyük Britaniyanın baş naziri Tereza Meyin mövqeyini zəiflədəcək.

Böyük Britaniyanın Aİ-dən çıxış üzrə Nazirliyi səsvermənin nəticələrindən məyus olduqlarını açıqlayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti