Azadlıqdan məhrum edilmiş şəxslər haqqında saziş qüvvəyə minəcək

14-12-2017, 11:27
Oxunub: 220
Sazişə dəyişikliklər edilməsi barədə Protokolun nüsxələrini qarşılıqlı olaraq təqdim ediblər


Qazaxıstanın xarici işlər nazirinin müavini Qalımjan Koyşıbayev Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov ilə görüşüb.

Report Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2007-ci il avqustun 7-də Astanada imzalanmış və 2013-cü il dekabrın 26-da ratifikasiya edilmiş azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının yerdə qalan hissəsini çəkmək üçün verilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokolun ratifikasiyadan sonra nüsxələrini qarşılıqlı olaraq təqdim ediblər.

Bu Sazişin 1-ci maddəsinin bəndinə uyğun olaraq, Protokol ratifikasiya sənədlərinin mübadiləsindən 30 gün sonra, başqa sözlə 2018-ci il yanvbarın 12-də qüvvəyə minəcək.

Bundan əlavə, görüş zamanı Q.Koyşıbayev Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanovun qərarına uyğun olaraq, R.Məmmədova ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verdiyinə görə "Qazaxıstan Respublikasının diplomatik xidmətinin 25 illiyi" xatirə medalı təqdim edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti