Əsgərimiz yaralandı

1-05-2013, 12:41
Oxunub: 643


 Azərbaycan Ordusunda insident olub.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Tərtərdə yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb.
 
Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Vüsal Rövşən oğlu Cəbiyev tabeliyində olan silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
 
Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
 
V. Cəbiyev Bakının Nizami rayonundan həqiqi hərbi xidmətə çağırılıb.  


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti