Makron Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə razılaşmayıb

14-12-2017, 09:50
Oxunub: 101
"Bütün sistemin dəyişməsi üçün yeni təkan yaratmaq istəyib"


ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımasından əvvəl Fransa prezidenti Emmanuel Makrona bu qərarın qəbul edilməsinə rəhbərlik etməsindən danışıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə E.Makron bildirib. 

Fransa liderinin sözlərinə görə, Tramp beləliklə, "bütün sistemin dəyişməsi üçün yeni təkan yaratmaq istəyib. Bir halda ki, o, əvvəlki danışıqların onilliklərlə dayandığını və bloklandığını hesab edir.

Makron əlavə edib ki, ABŞ prezidenti güclü reaksiyaya səbəb olmuş bu elanla "impuls yaratmaq istəyib". Fransa prezidentinin sözlərinə görə, o, Trampa bu qərarın düzgün olmadığını göstərib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti