NATO-nun Cənubi Qafqazda fəallığını artırması Rusiyanı narahat edir

14-12-2017, 03:06
Oxunub: 53
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib


Cenevrə müzakirələri zamanı Rusiya NATO-nun Cənubi Qafqazda fəallığının artırılmasına diqqət çəkib. Bu isə Rusiya tərəfindən sakit qarşılana bilməz.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Yeni müqavilələr, o cümlədən rəsmi Tbilisiyə 75 milyon dollarlıq müasir tank əleyhinə sistemlərin veriməsi barədə məlumat peyda olub. Bundan əlavə, amerikalılar gürcü sülhməramlılarından daimi ordu hissələrinin hazırlanması istiqamətində işlər aparır", - deyə o bildirib.

XİN rəsmisi əlavə edib ki, bu, Cənubi Osetiya, Abxaziyanı narahat edir və əlbəttə Rusiya tərəfindən də sakit qarşılana bilməz.

Q. Karasin qeyd edib ki, münaqişə tərəfləri gücün istifadə olunmaması barədə bəyannaməni razılaşdıra bilməyib. Cənubi Qafqaza dair Cenevrə danışıqlarının növbəti raundu 2018-cu ilin mart ayının sonlarına planlaşdırılır.

Cenevrə danışıqları 2008-ci ildə başlayıb. Danışıqlarda Abxaziya, Cənubi Osetiya, Rusiya, ABŞ, Gürcüstan nümayəndələri, o cümlədən Aİ, BMT və ATƏT təmsilçiləri iştirak edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti