“Barama” Azərbaycanı “Seedstars” Cənub-Şərqi Avropa Sammitində təmsil edib

13-12-2017, 20:08
Oxunub: 315
“ Azercell Telekom” İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir


“Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi “PAŞA Bank” ASC-nin dəstəyi ilə Azərbaycanı “Seedstars” Cənub-Şərqi Avropa Sammitində təmsil edib.

Bu barədə Report-a “Azercell”dən məlumat verilib.

“Azercell”in “Barama” mərkəzinin rəhbəri İmran Bağırov “Seedstars World” səfiri olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib. İ.Bağırovla bərabər sammitə 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək “Seedstars” sammitində ölkəmizi təmsil edəcək “Wake me up” layihəsinin startapı da qatılıb.

İ.Bağırov Ukraynadan, Qazaxıstandan, Moldovadan və Gürcüstandan sammitdə iştirak edən “start-up”larla görüşlər keçirib və “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti, eləcə də yerli “start-up”lar haqqında məruzə ilə çıxış edib.

Qeyd edək ki, sözügedən sammit dünyanın innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən ən qabaqcıl təmsilçilərini bir araya gətirir. 3 gün davam edən “Seedstars” Cənub-Şərqi Avropa Sammitində 600-dən çox nümayəndə iştirak edib. Sammitə qatılan iştirakçılar öz layihələri ilə çıxış ediblər. Tədbir zamanı keçirilən panel müzakirələrində regionda fəaliyyət göstərən “start-up”lar müxtəlif mövzu və ideyalar ətrafında müzakirə aparıblar.

Məlumat üçün bildirək ki, “ Azercell Telekom” İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir.

“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə “Azercell” şirkəti tərəfindən yaradılmış layihədir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti