"Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır"

13-12-2017, 20:06
Oxunub: 122
Qazaxıstan mətbəxinin yeməkləri bayram tədbirinə milli rəng qatıb


"Müstəqillik illəri ərzində Qazaxıstan və Azərbaycan arasında yaxın dostluq əlaqələri qurulub və bu da qarşılıqlı etimad və bərabərlik rəmzidir".

Report xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə təşkil edilən qəbulda deyib. 

Diplomat qeyd edib ki, Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əsas ticari-iqtisadi və nəqliyyat-logistik tərəfdaşıdır.

Qeyd edək ki, tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Qazaxıstanın Akademik Folklor-Etnoqrafik Orkestrinin çıxışları, Qazaxıstan haqqında müxtəlif videomateriallar, həmçinin Qazaxıstan mətbəxinin yeməkləri bayram tədbirinə milli rəng qatıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti