Hesablama Palatası ARDNF-in 2018-ci ilin büdcə layihəsinə rəy verib

13-12-2017, 18:32
Oxunub: 34
Rəydə 2018-ci ildə Fondun gəlir və xərcləri barədə məlumat verilib


 Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin layihəsi müzakirə edilərək təsdiq olunub.

Report bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Rəy “Büdcə sistemi haqqında” qanunun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” qanunun 2-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.1-ci bəndinə müvafiq olaraq hazırlanıb. Rəydə 2018-ci ildə Fondun gəlir və xərcləri barədə məlumat verilib.

İclasda həmçinin Hesablama Palatasının Strateji İnkişaf Planının (SİP) layihəsi geniş müzakirə edilərək təsdiq olunub. SİP 2018-2020-cı illəri əhatə etməklə 5 stateji məqsədin reallaşdırılmasına yönəldilib. Ali audit qurumlarının inkişaf üzrə strateji planına malik olması ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI-nin qəbul etdiyi standartın (ISSAI 12) tələbi olduğu diqqətə çatdırılıb, nəzərdə tutulmuş məqsədlərin Hesablama Palatasının hazırladığı rəylərin və hesabatların təkmilləşdirilməsi, yeni audit metodlarının tətbiqi, normativ-hüquqi bazanın genişləndirilməsi, potensialın gücləndirilməsi və maraqlı tərəfdaşlarla, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində formalaşdırıldığı qeyd edilib.

Kollegiya iclasında həmçinin Hesablama Palatasının 2018-ci il üzrə İş Planı təsdiq olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti