OPEC: Neft bazarında balans gələn il bərpa olunacaq

13-12-2017, 18:24
Oxunub: 73
OPEC üzvlərinin 2018-ci ildə gündəlik neft hasilatının 33,2 mln. barrel təşkil edəcəyi proqnozlaşdırılır


Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2018-ci ildə “qara qızıl” bazarında tələb və təklif arasında balans yaranacağını gözləyir.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Təşkilatın bəyanatında bildirilir.

Sənəddə deyilir ki, balansın bərpa olunması OPEC-ə daxil olan və olmayan ölkələrin neft hasilatının azaldılması istiqamətində gördüyü tədbirlər nəticəsində mümkün olacaq.

Qeyd edək ki, OPEC üzvlərinin 2018-ci ildə gündəlik neft hasilatının 33,2 mln. barrel təşkil edəcəyi proqnozlaşdırılır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti