İƏT-in bəyannaməsi: Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır

13-12-2017, 17:53
Oxunub: 174
"ABŞ adminstrasiyası bu qərarından geri çəkilməzsə, bütün acı nəticələrə görə məsuliyyət daşıyacaq"


“Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır”.

Report xəbər verir ki, bu, dekabrın 13-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə zirvə toplantısının yekun bəyannaməsində vurğulanıb.

Sənəddə beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb.

Bəyannamədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarının hüquqi baxımdan keçərsiz olduğu elan edilib: "Bu qərar Fələstin xalqının tarixi, hüquqi, təbii və milli haqlarına bir hücum, bütün sülh cəhdlərinin baltalanması, radikallığı, terrorizmi sürətləndirəcək təhrikedici ünsür, beynəlxalq sülhü və təhlükəsizliyi hədəf alan bir tədiddir. Qüds-ü-Şərifin statusunu dəyişdirmək məqsədi daşıyan təhlükəli qərar hökmsüz və qanundan kənardır”. 

Sənəddə məlum qərarın BMT Təhlükəsizlik Şurasının 1980 və 2016-cı ildə qəbul edilən qətnamələrinə ziddi olduğu vurğulanıb: "ABŞ adminstrasiyası bu qərarından geri çəkilməzsə, baş verəcəyi ehtmal olunan bütün acı nəticələrə görə məsuliyyət daşıyacaq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti