Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

13-12-2017, 17:26
Oxunub: 89
Rusiya ilə Suriya arasında müqavilə 49 il müddətinə bağlanıb


Rusiya Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasını genişləndirir.

Report "Anadolu"ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı müqaviləni Dumaya təqdim edib.

Rusiya ilə Suriya arasında müqavilə 49 il müddətinə bağlanıb.

Rusiya hərbi bazası Suriyanın mülki və idarəetmə sistemindən tamamilə azad olacaq, bölgədəki ortaq müəssisələrdən heç bir ödəniş etmədən istifadə edəcək. 

Sənədə görə, Rusiya donanmanı qorumaq üçün bazaya istənilən sayda hərbçi göndərə bilər. Tartus və Xmeymim bazaları da fəaliyyətini davam etdirəcək.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti