"ABŞ bilməlidir ki, müsəlman dünyası Qüdsün taleyinə biganə deyil"

13-12-2017, 16:22
Oxunub: 112
"ABŞ heç vaxt dürüst vasitəçi olmayıb və heç vaxt da olmayacaq"


“Hər cür mümkün vasitələrlə ABŞ-ın bu ağılsız hərəkətinin qarşısını almaq üçün birləşməliyik”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

H. Ruhani bildirib ki, bəzi ölkələrin sionist rejimlə əlaqələr qurması, hətta məsləhətləşmə və əlaqələndirmə səyləri belə bir qərara səbəb olub.

ABŞ-ın heç vaxt dürüst vasitəçi olmadığını və heç vaxt olmayacağını vurğulayan H. Ruhaninin sözlərinə görə, ABŞ-ın bu hərəkəti sayəsində Fələstin probleminin həllində Vaşinqtonun müsbət rol oynayacağına ümid edən insanlara bir daha aydın olub ki, ABŞ sionist rejiminin maraqlarını maksimum təmin etməyə çalışır və fələstinlilərin hüquqi tələblərinə hörmət etmir: “Bu gün yəhudilərin ən böyük düşməninin müsəlman və ərəblərin deyil, təhlükəli sionizm layihəsinin olduğu sirr deyil. Biz müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləriyik. Sionistlər isə burada yaddırlar və özlərini bu bölgədə qəbul etdiriblər”.

H. Ruhani bildirib ki, bu gün keçirilən sammitdə ABŞ-ın bu hərəkəti qətiyyətlə pislənməlidir: “Müsəlman dünyası üçün sionist rejiminə qarşı birləşməliyik. Müsəlman dünyasının bütün problemləri dialoq şəkilində həll edilməlidir. ABŞ hökuməti bilməlidir ki, müsəlman dünyası Fələstin və Qüdsün taleyinə biganə deyil. Yalnız İslam birliyi sayəsində İslam ümmətinin və Müqəddəs Qüdsün hüquqlarını daha yaxşı dəstəkləyə bilərik. İran hər zaman istənilən müsəlman ölkəsi ilə Qüdsü müdafiə etməyə hazırdır. Fələstin məsələsi yenidən müsəlman dünyasının gündəminə daxil edilməlidir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti