Azərbaycanın ixracında qeyri-neft sektorunun payı kiçilib

13-12-2017, 16:16
Oxunub: 83
Yanvar-oktyabr ayları ərzində qeyri-neft sektorunun cəmi ixracda xüsusi çəkisi 13,5% təşkil edib


Cari ilin yanvar-noyabr ayları ərizndə Azərbaycandan ixracın 1 386 686,07 min dolları və ya 11,1%-i qeyri neft sektorunun payına düşüb.

Report bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, qeyri-neft ixracının cəmi ixracda xüsusi çəkisində azalma qeydə alınıb. Belə ki, yanvar-oktyabr ayları ərzində qeyri-neft sektorunun cəmi ixracda xüsusi çəkisi 13,5% (1 218 670,37 min dollar) təşkil edib. 

Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzində xarici ticarət dövriyyəsi 20 291 683,43 min dollar, ixrac 12 500 979,9 min dollar, idxal 7 790 703,53 min dollar, müsbət saldo 4 710 276,37 min dollar təşkil edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti