"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

13-12-2017, 15:50
Oxunub: 144
Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2085225-ə çatıb


2017-ci ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 80 458 yeni abonent qeydiyyata alınıb.
 
"Azəriqaz" İstehsalat Birliyindən APA-Economics-ə verilən məlumata görə, bunun 42336-sı Bakı, Abşeron və Sumqayıt, 38122-si isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2085225-ə çatıb.

Onu da qeyd edək ki, 1 dekabr 2017-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 464 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti