İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 55-ə çatıb

13-12-2017, 15:20
Oxunub: 52
Bəzi kəndlərə elektrik enerjisi və suyun verilməsi dayandırılıb


İranın Kirman əyalətinin Hejdak qəsəbəsi ətrafında baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 55-ə çatıb.

Report RİA "Novosti”yə istinadən xəbər verir ki, bəzi kəndlərə elektrik enerjisi və suyun verilməsi dayandırılıb. Dekabrın 12 və 13-də əyalətdəki ali təhsil müəssisələri və məktəblər bağlanıb.

Qeyd edək ki, dekabrın 12-də Kermanın Hejdak qəsəbəsində 6,2 bal gücündə zəlzələ baş verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti