İstanbulda İƏT-in Qüdslə bağlı fövqəladə sammiti başlayıb

13-12-2017, 14:53
Oxunub: 131
Toplantının sonunda qətnamə qəbul ediləcək


İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı başlayıb.

Report xəbər verir ki, iclasda ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı, bu qərardan sonra yaranmış vəziyyət və İƏT-in bununla bağlı görəcəyi işlər müzakirə olunur. 

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilən sammitə təşkilata üzv olan 57 ölkədən 48-nin təmsilçisi qatılıb. Onların arasında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, İran prezidenti Həsən Ruhani, Fələstin Dövlətinin başçısı Mahmud Abbas, İordaniya kralı II Abdulla da var. Bir sıra ölkələr isə sammitdə parlament sədri, xarici işlər naziri və digər nazirlərlə təmsil olunurlar. 

Toplantının sonunda qətnamə qəbul ediləcək. Sammit başa çatandan sonra liderlərin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqda qərar qəbul edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti