Avstriyadan Avropaya qaz tranziti bərpa olunub

13-12-2017, 14:36
Oxunub: 129
"Dünən gecə yarısına qədər bütün tranzit xətlərinin işini bərpa edə bildik"


 Avropanın ən böyük qazpaylayıcı mərkəzlərindən biri - Baumqartendə (Avstriya) OMV şirkətinin qazpaylayıcı stansiyasında baş verən partlayış nəticəsində mərkəzdən bir neçə ölkəyə dayandırılan qaz tranziti artıq tam bərpa olunub.

Report TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə terminalın operatoru “Gas Connect Austria” şirkətinin icraçı direktoru Harald Ştindl bildirib.

Onun sözlərinə görə, partlayışın səbəbi texniki nasazlıq ola bilər.

“Dünən gecə yarısına qədər bütün tranzit xətlərinin işini bərpa edə bildik və hazırda bütün xətlər 100% çalışır”, - o bildirib.

Qeyd edək ki, ötən gün səhər saatlarında Baumqarten şəhəri yaxınlığında OMV şirkətinin qazpaylayıcı stansiyasında güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 21 nəfər isə yaralanıb. Partlayışla əlaqədar olaraq Rusiya qazının Avropaya paylanmasını həyata keçirən Baumqarten qaz paylayıcı terminalının işi dayandırılıb. Bu mərkəz Avropanın üç qazpaylayıcı mərkəzindən biridir. Qərbi Avropaya nəql olunan Rusiya qazının 1/3-i bu mərkəzdən bölüşdürülür.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti