"Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin həcmi azalıb"

13-12-2017, 11:04
Oxunub: 211
"Bu ilə dair yekun rəqəm hələ bilinməsə də, 300-400 milyon dollar olduğu ehtimal edilir”


“Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin həcmi azalıb”.

Bunu APA-ya İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder deyib. O bildirib ki, İsveçrə və Azərbaycan arasında əvvəl ticarət əlaqələri 1 milyard dollara qədər yüksəlib: "Bu ilə dair yekun rəqəm hələ bilinməsə də, 300-400 milyon dollar civarında olduğu ehtimal edilir”.

Səfir qeyd edib ki, Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunmalıdır: “Azərbaycanda 20-dək böyük İsveçrə şirkəti var. Təbii ki, onlar da Azərbaycanda investisiya qoyuluşuna diqqət etməlidir. Bu da şirkətlərin daxili qərarlarına əsaslanır”. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti