Bu il Azərbaycanda əsas kapitala 13,7 mlrd. yönəldilib

13-12-2017, 10:42
Oxunub: 134
Büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,8% təşkil edib


2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13 mlrd. 688,4 mln. manat vəsaitin 6 mlrd. 51,7 mln. manatı və ya 44,2%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi sərmayənin 73,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77%-i məhsul istehsalı obyektlərinin, 17,1%-i xidmət sahələri üzrə obyektlərin, 5,9%-i isə ümumi sahəsi 1536 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2%-ini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6%, bank kreditləri 12,7%, büdcə vəsaitləri 14,1%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,8% təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti