Azərbaycanda neft hasilatı 6%, qaz hasilatı 2% azalıb

13-12-2017, 10:39
Oxunub: 127
Elektrik enerjisi istehsalının həcmi 1,6% azalıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 35,7 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5% artıb, neft sektorunda isə 5% azalıb.

Sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda metal filizlərinin hasilatı 2,9 dəfə artıb, neft hasilatı 6,2%, əmtəəlik qaz hasilatı isə 2,2% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 0,6%, içkilərin istehsalı 22,8%, tütün məmulatlarının istehsalı 6%, toxuculuq sənayesi məhsullarının istehsalı 47,8%, geyim istehsalı 31,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,9%, kimya sənayesi məhsullarının istehsalı 20,8%, əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 91,4%, tikinti materiallarının istehsalı 29,8%, kompüter və elektron məhsulların istehsalı 28,5%, elektrik avadanlıqlarının istehsalı 50,1%, maşın və avadanlıqların istehsalı 38,7%, sair nəqliyyat vasitələrinin istehsalı 16,9%, mebel istehsalı 17,8% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,8%, kağız və karton istehsalı 1,1%, poliqrafiya məhsullarının istehsalı 9,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9%, hazır metal məmulatlarının istehsalı 14,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 46,6% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4% azalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti