Xəzəryanı ölkələrin rəhbərlərinin sammiti Astanada keçiriləcək

13-12-2017, 10:26
Oxunub: 118
Hazırda məsələ XİN xətti üzrə razılaşdırılır


Xəzər dənizinin hüquqi statusuna dair konvensiya layihəsinin nəzərdən keçiriləcəyi Xəzəryanı ölkələrin rəhbərlərinin sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiya prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib.

Onun sözlərinə görə, hazırda məsələ XİN xətti üzrə razılaşdırılır.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov  Xəzərin hüquqi statusuna dair konvensiya üzərində işin demək olar ki başa çatdığını, layihənin gələn ilin birinci yarısında Xəzəryanı ölkələrin rəhbərlərinin Qazaxıstanda planlaşdırılan görüşündə razılaşdırılacağını bildirib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti