Xızıda 92 ədəd partlamamış hərbi sursat tapılıb

13-12-2017, 03:33
Oxunub: 68
73 252 212 kv.m (7 325 ha) ərazi yoxlanılıb


Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Report-a verilən məlumata görə, dekabrın 12-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 92 ədəd partlamamış hərbi sursat (PHS), 210 ədəd partlamış-yanmış mərmi qalıqları və 730 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 331 700 kv.m (33.17 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 92 gün ərzində 21 435 ədəd partlamamış hərbi sursat (PHS), 12 159 ədəd partlamış-yanmış sursat qalıqları və 76 236 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 73 252 212 kv.m (7 325 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti