“Həmas” Fələstində üçüncü “intifada”nın başlandığını elan edib

12-12-2017, 21:29
Oxunub: 62
"Qəzza zolağında "intifada"nın başlanması səbəbilə etirazlar artır"


Fələstinin “Həmas” hərəkatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması barədə qərarına etiraz olaraq üçüncü “intifada”nın - üsyanın başlandığını elan edib. 

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu “Həmas”ın mətbuat katibi Abdulativ Alkanu deyib. 

"Biz ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü "intifada"nın başlandığını bildiririk. Artıq Qəzza zolağında "intifada"nın başlanması səbəbilə etirazlar artır", - A.Alkanu vurğulayıb.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti