Dekabrın 17-də "Super Bitcoin"in hardforku baş tutacaq

12-12-2017, 18:45
Oxunub: 102
"Mining"də emissiya olunacaq


Bazar günü - dekabrın 17-də "Super Bitcoin"in hardforku, yəni "Bitcoin"in bölünməsindən sonra yaranacaq yeni virtual valyuta ortaya çıxacaq. 

Report xəbər verir ki, "Super Bitcoin"in buraxılması çinli milyonçu Li Syaolayın təşəbbüsüdür. Nəticədə "Bitcoin"in bloku 8 meqabayta yüksələcək. Bölünmə 498 888 nömrəli blokda baş tutacaq.

"Super Bitcoin"in sayı buraxılması planlaşdırılan 21 210 000 "Bitcoin"in içində olacaq. Bunlardan 210 000 ədədi ilkin "mining"də emissiya olunacaq.

Dekabrda daha 4 hardfork gözlənilir. Dekabr ayının 23-də "Lightning" və "Platinium", dekabrın 25-də "Bitcoin God" və dekabrın 31-də "Bitcoin Uranium" yaranacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti