“Saudi Aramco” 10 ildə neft layihələrinə 414 mlrd. dollar yatıracaq

12-12-2017, 18:27
Oxunub: 170
Hasilat gücünü gündəlik 12 mln. barel səviyyəsində saxlamaqdır


“Saudi Aramco” şirkəti qarşıdakı 10 il ərzində hər il neft-qaz layihələrinə 40 mlrd. dollardan çox sərmayə yatırmağı planlaşdırır.

Report “Interfax” agentliyinə istinadən xəbər verir ki, şirkətin məlumatına görə, xərclər əvvəlki 10 illik plandan 25% artaraq 414 mlrd. dollar olacaq.

Əsas məsələ şirkətin hasilat gücünü gündəlik 12 mln. barel səviyyəsində saxlamaqdır.

“Saudi Aramco” şirkətinin Təchizat Departamentinin rəhbəri Nassir əl-Yami bildirib ki, qarşıdakı 10 ildə nəzərdə tutulan xərclərin təxminən 134 mlrd. dolları qazmaya və quyulara xidmətə, 78 mlrd. dolları neft hasilatı potensialının saxlanmasına yönəldiləcək. Bundan başqa, şelf zonasındakı layihələr və emal layihələrinə investisiyalar artırılacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti