"S-400 ZRK-ların tədarük məsələsi həftənin sonuna qədər həll olunacaq"

11-12-2017, 23:45
Oxunub: 32
"S-400 barədə danışmaq istəyirəm"


Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükünə dair məsələni bu həftə ərzində həll edəcək.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"S-400 barədə danışmaq istəyirəm. Bizim müvafiq orqanlarımız lazımi işləri görəcək və bu həftə işi başa çatdıracaq", — deyə o bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti