Mixail Saakaşvili sərbəst buraxılıb

11-12-2017, 23:40
Oxunub: 512
Prokurorlar onun üçün 2 aylıq ev dustaqlığı istəmişdilər


Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin (Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini azad edib.

Report xəbər verir ki, bu barədə qərarı bazar ertəsi istintaq hakimi Larisa Sokol açıqlayıb.

Beləliklə, hakim prokurorların onun barəsində gecə-gündüz ev dustaqlığı şəklində qətimkan tədbirin seçilməsinə dair xahişini rədd edib.

Saakaşvili dekabrın 8-də axşam saxlanılıb və Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Prokurorlar onun üçün 2 aylıq ev dustaqlığı istəmişdilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti