Qadın qadının boğazını kəsdi - Təfərrüat

1-05-2013, 10:17
Oxunub: 1109


Ötən gün saat 16:40 radələrində Bakının Binəqədi rayonunda qadın qudalar arasında mübahisə qanla nəticələnib. Binəqidi rayon Polis İdarəsinin 4-cü polis bölməsindən verilən məlumata əsasən, hadisə Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 28 ünvanında baş verib.

Etatist.com-un ANSpress-ə istinadən verdiyi xəbərə görə, 1969-cu il təvəllüdlü Sevinc Cabbarova mübahisə zəminində qudası 1963-cü il təvəllüdlü Safurə Əbdülovanın boğazını bıçaqla kəsib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qudasının boğazını kəsən Sevinc Cabbarova isə polis tərəfindən saxlanılıb.

Hadisənin səbəblərinə gəlincə, Sevinc Cabbarova qızının əri tərəfindən döyülməsi barədə oğlanın anasına şikayət edib. Qadın qızının mütamadi olaraq əri tərəfindən döyülməsini bildirib. Lakin Safurə Əbdülova oğlunun əməlinə haqq qazandırıb. Buradan da mübahisə başlanıb. Mübahisə əlbəyaxa davaya, saçyolduya keçib. Nəticədə 44 yaşlı qadın 50 yaşlı qudasına bıçaqla hücum edib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti