Qeyri-bank kredit təşkilatlarının kredit portfeli kiçilib

11-12-2017, 20:30
Oxunub: 87
Cəmi kreditlərdə xüsusi çəkisi 3,6%-dən 3,5%-ə enib


Qeyri-bank kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 2017-ci ilin oktyabr ayında 32,1 mln. manat və ya 7,1% azalaraq noyabrın 1-nə 420,2 mln. manata çatıb.

Report bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Eyni zamanda qeyri-bank kredit təşkilatları tərəfindən kredit qoyuluşlarının cəmi kreditlərdə xüsusi çəkisi 3,6%-dən 3,5%-ə enib.

Hesabata əsasən, qeyri-bank kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi yanvar - mart ayları ərzində dəyişməz qalaraq 454,4 mln. manat təşkil edib. Sonra, aprel ayında 399,2 mln. manata düşüb və I yarımilin sonunadək sabit qalıb. Daha sonra 452,3 mln. manata yüksələrək 3 ay (iyul, avqust, sentyabr) ərzində sabit qalıb.

Qeyd edək ki, kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşu oktyabrda 285,0 mln. manat və ya 2,3% azalaraq 2017-ci il noyabrın 1-nə 12 152,2 mln. manat təşkil edib. Bunun 2 144,8 mln. manatı və ya 17,6%-i dövlət bankları, 9 587,1 mln. manatı və ya 78,9%-i özəl banklar, qalanı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti