“Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı olacaq

11-12-2017, 20:03
Oxunub: 111
Vüqar Novruzov deyib


"Gələn il Moldovanın paytaxtı Kişineu “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı keçiriləcək". 

Bunu Report-un Şərqi Avropa bürosuna Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov deyib.

O, 2017-ci ili Azərbaycan diasporu üçün uğurlu hesab edir: “Bu il də bir çox layihələr həyata keçirdik, onlar tarixə düşəcək layihələrdir. Bunlardan Moldovanın Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostluğunu təcəssüm etdirən "Dostluq qapısı” abidəsinin təntənəli açılışını, Elçin Əfəndiyev və Çingiz Abdullayevin kitablarının və “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının rumın dilinə tərcüməsini qeyd edə bilərəm".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti