Dünyanın ən iri üzən günəş stansiyası mayda tam istifadəyə veriləcək

11-12-2017, 17:09
Oxunub: 68
1 mlrd. yuan dəyərindəki stansiya Çinin şərq əyaləti - Anxoyda yerləşir


Çində inşa olunan dünyanın ən iri üzən günəş elektrik stansiyasının bir hissəsi ötən gün şəbəkəyə qoşulub.

Report xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, bütün obyektin isə gələn ilin may ayında şəbəkəyə qoşulacağı nəzərdə tutulur.

Qeyd edək ki, 1 mlrd. yuan dəyərindəki stansiya Çinin şərq əyaləti - Anxoyda yerləşir. Stansiyanı “China Tree Gorges” şirkətinin törəmə müəssisəsi inşa edir. 150 MVt gücündəki layihənin inşasına bu ilin iyul ayında başlanılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti