Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə məhkəmə binasına girməyə cəhd ediblər

11-12-2017, 16:10
Oxunub: 79
Hadisə yerində partlayış səsi eşidilib və ətrafı tüstü bürüyüb


Ukrayna paytaxtı Kiyevdə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları onun barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclasının keçirildiyi Peçersk Rayon Məhkəməsinin binasına girməyə cəhd ediblər.

Report Ukrayna KİV-inə istinadən xəbər verir ki, hadisə yerində partlayış səsi eşidilib və ətrafı tüstü bürüyüb.

Əlavə polis əməkdaşlarının gəlişindən sonra vəziyyət sabitləşib.

Qeyd edək ki, bu gün M.Saakaşvili barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb. "Özümü həbs edilmiş kimi yox, hərbi əsirlikdəki kimi hiss edirəm", - M.Saakaşvili məhkəmə iclasında deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti