Bu il banklar 2 mlrd. manatlıq qiymətli kağız buraxıb

11-12-2017, 13:55
Oxunub: 82
İlin əvvəlindən banklar tərəfindən buraxılmış qiymətli kağızların məbləği 4,91 dəfə artıb


Bu ilin noyabr ayının 1-nə banklar tərəfindən 1 mlrd. 901,9 mln. manatlıq qiymətli kağızlar dövriyyəyə buraxılıb.

APA-Economics Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu, oktyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 1,3 mln. manat və ya 0,06% azdır.

Ümumiyyətlə, ilin əvvəlindən banklar tərəfindən buraxılmış qiymətli kağızların məbləği 4,91 dəfə artıb. Qeyd edək ki, 2017-ci ilin yanvar ayının 1-nə banklar tərəfindən 387,2 mln. manatlıq qiymətli kağız dövriyyəyə buraxılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti