Azərbaycanın bank sektorunun balans kapitalı 3,1 mlrd. manatdır

11-12-2017, 10:08
Oxunub: 124
30.09.2017-ci il tarixə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manat təşkil edib


Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26 mlrd. 311,6 mln. manat, cəmi öhdəlikləri isə 23 mlrd. 216,6 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 95 mln. manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3,6% (250,7 mln. manat) artaraq 7 mlrd. 250,2 mln. manat olub.

Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2491 olub.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16470 nəfər təşkil edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti