Türkiyədə antiterror əməliyyatı keçirilib

11-12-2017, 03:48
Oxunub: 48
Jandarm komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı 2 terrorçu öldürülüb


Türkiyənin Mardin vilayətində antiterror əməliyyatı keçirilib.

Report xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, jandarm komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı 2 terrorçu öldürülüb. 

Terrorçuların zərərsizləşdirilməsi ilə yanaşı, silah-sursat, hərbi avadanlıqlar, o cümlədən 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd tapança, 15 ədəd 9 mm-lik tapança mərmisi, 1 ədəd səsyazma cihazı və s. ələ keçirilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti