"Qüdsün İsrailin paytaxtı olduğunu qəbul edin"

11-12-2017, 01:33
Oxunub: 163
Netanyahu bir neçə gün əvvəl də Trampın Qüds bəyannaməsini alqışlayıb


İsrailin baş naziri Binyamin Netanyahu fələstinlilərə müraciət edib.

Report xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, İsrailin hökumət başçısı belə bir müraciətlə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında çıxış edib. Belə ki, Binyamin Netanyahu fələstinlilərə xitabən "Qüdsün İsrailin paytaxtı olduğunu qəbul edin", - deyib.

Qeyd edək ki, Netanyahu bir neçə gün əvvəl də Trampın Qüds bəyannaməsini alqışlayıb və bunu "tarixi" hadisə adlandırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti