"Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"

10-12-2017, 19:37
Oxunub: 79
"Trampın Qüds şəhərini İsrailin paytaxtı elan etməsi heç bir hüquqi qüvvəyə malik deyil"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampın Qüds şəhərinin İsrailin paytaxtı elan etməsinin heç bir hüquqi qüvvəyə malik olmadığını bildirib.

Report-un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında belə bir bəyanatla çıxış edib. Trampın Qüds qərarının yox dərəcəsində olduğunu deyən Rəcəb Tayyib Ərdoğan "İsrail terror dövlətidir", - deyə əlavə edib.

"Qüds məsələsinə görə çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında müəyyənləşdiriləcək yol xəritəsi ilə bu qərarın həyata keçirilməsinin heç də asan olmayacağını göstərəcəyik", - deyə dövlət başçısı bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin sabahkı səfərində də Qüds məsələsi müzakirə ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti