Ruhani 2018-ci ilin dövlət büdcəsi layihəsini parlamentə təqdim edib

10-12-2017, 17:25
Oxunub: 60
4,5 milyard dollar ayrılması nəzərdə tutulub.


İran prezidenti Həsən Ruhani2018-ci ilin dövlət büdcəsi layihəsini parlamentə təqdim edib.

APA-nın Tehran bürosunun məlumatına görə, büdcə layihəsində neftin qiyməti hər barel üçün 55  dollar nəzərdə tutulub.

H. Ruhani parlamentdə çıxışında 2018-ci ilin büdcəsini işsizliyin, yoxsulluğun aradan qaldırılması və ədalətin yaradılmasını təmin edəcək büdcə adlandırıb və seçki kampaniyası zamanı verdiyi vədlərini özündə əks etdirdiyini vurğulayıb. İran prezidenti bildirib ki, xalqın rifahını yaxşılaşdırmaq üçün ilk dəfə büdcədə sosial təminat sisteminin geniş formada tətbiqi əksini tapıb.

H.Ruhani  gələn il neft gəlirlərinin 20 faiz deyil, 32 faizinin ehtiyat valyuta fonduna toplanacağını da nəzərə çatdırıb.

Qeyd edək ki, İranın 2018-ci il üçün dövlət büdcəsi layihəsində ötən ilin büdcəsi ilə müqayisədə cari xərcləri 8.9 faiz artırılması, tikinti layihələrinin büdcəsinin 15 faiz azaldılması, müştərək neft və qaz yataqlarına sərmayə üçün 4,5 milyard  dollar ayrılması nəzərdə tutulub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti