Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib

10-12-2017, 17:15
Oxunub: 58
Qurbanqulu Berdıməhəmmədov hökumətdə kadr dəyişikliyi həyata keçirib


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətdə kadr dəyişikliyi həyata keçirib.

APA-nın "Turkmenistan.ru" saytına istinadən verdiyi məlumata görə, Q. Berdıməhəmmədov 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda belə bir qərar qəbul edib.

Türkmənistan prezidenti işlərində yol verdikləri ciddi çatışmazlığa görə sənaye naziri Amanberdi Tuyliyev, əmək və sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov və kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevi vəzifələrindən azad edib. Q. Berdıməhəmmədovun imzaladığı sərəncamla "Türkmenstandartlary" Dövlət Xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edib. Vəzifədən azad edilən digər üç nazirin vəzifəsini müvəqqəti olaraq nazir müavinləri həyata keçirirlər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti