Sandra Rulofsdan azərbaycanlı oxuculara müraciət - Eksklüziv video

8-12-2017, 12:53
Oxunub: 2423
"Dəqiq tarix hər kəsə elan olunacaq"


Xəbər verdiyimiz kimi Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun dekabrın 10-a Bakıya planlaşdırılan səfəri təxirə salınıb. 

Xanım Rulofs özü video ilə Azərbaycan oxucusuna müracət edərək səfərin yanvar və ya fevral ayında baş tutacağını bildirib. Qeyd edək ki, Sandra Rulofs müəllifi olduğu, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilmiş "Bir idealistin hekayəsi" kitabının təqdimatında iştirak etmək üçün Bakıya gələcəkdi.

Etatist.com xanım Rulofsun müraciətini oxucularına təqdim edir:
"Hörmətli azərbaycanlı dostlarımız və oxucularımız. Milli Fikir Mərkəzinin təşkilatçığı ilə dekabrın 10-da keçirilməli olan
"Bir idealistin hekayəsi" kitabımın Azərbaycan dilindəki versiyasının təqdimatı bəlli məsələlərə görə təəssüf ki, təxirə salındı. Biz dəvət olunmuş qonaqlardan səmimi qəlbdən üzr istəyirik. Təqdimat yanvar və ya fevral ayında keçiriləcək. Dəqiq tarix hər kəsə elan olunacaq və hamınızı qonaqlarımız arasında görməyə ümid edirik. Sevgi və hörmətlə".

Məsələ ilə bağlı təqdimatın təşkilatçısı Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə ilə əlaqə saxladıq. Ş.Məcidzadə Etatist.com-a açıqlamasında bildirdi ki, kitab təqdimatdan sonra satışa çıxarılacaq:

Sandra Rulofsdan azərbaycanlı oxuculara müraciət - Eksklüziv video

"Bildiyiniz kimi xanım Rulofs dekabrın 9-da Bakıya gəlib 1 gün sonra isə onun müəllifi olduğu "Bir idealistin hekayəsi" kitabının təqdimatında iştirak edəcəkdi. Amma Ukraynada baş verən məlum hadisələrə görə xanımın Bakı səfəri təxirə salındı. Buna baxmayaraq əvvəlcədən müəyyən etdiyimiz kimi biz bu kitabın təqdimatını xanım Rulofs Bakıya gələndə keçirəcəyik. Ona qədər kitab satışda olmayacaq.


Bundan əvvəlki açıqlamamda qeyd etmişdim, bir daha bildirim ki, təqdimatın vaxtı dəqiqləşən kimi xüsusi qonaqlarımıza yenidən dəvətnamə göndəriləcək və dekabr ayının 10-da təqdimatda iştirak etmək üçün qeydiyyatdan keçən şəxslərdən yenidən qeydiyyatdan keçmək tələb olunmayacaq".
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti