Ronaldu beşinci dəfə "Qızıl top"un sahibi olub

7-12-2017, 23:43
Oxunub: 23
Lionel Messi və Neymarı qabaqlayıb


Fransanın "France Football" jurnalı 2017-ci ilin yekununa görə "Qızıl top"un sahibi elan edib.

“Report” xəbər verir ki, ilin ən yaxşı futbolçusu mükafatı "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronalduya nəsib olub.

O, "Qızıl top" uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.

Ronaldu "Qızıl topu" karyerası ərzində beşinci dəfə qazanıb (2008, 2013, 2014 və 2016-cı illərdə) və onlrın sayına görə Messiyə çatıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti