"Kiçik sahibkarların yaratdıqları" sərgisi keçirilib

7-12-2017, 20:31
Oxunub: 23
Əl işlərinin təşviqidir


İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əl işlərindən ibarət "Kiçik sahibkarların yaratdıqları" sərgisi təşkil olunub.

“Report” xəbər verir ki, sərginin əsas məqsədi ölkədə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqidir.

Sərgidə 100-dən çox sahibkarın əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar, eləcə də geyimlər, müxtəlif məişət əşyaları, musiqi alətləri və s. nümayiş etdirilib.

Böyük maraqla qarşılanan sərginin ziyarətçiləri arasında dövlət qurumlarının, təhsil, mədəniyyət və incəsənət müəssisələrinın, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və s. olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti