“Neftçi” klubunda yeni təyinat olub

7-12-2017, 19:13
Oxunub: 24
Ukraynanın U-19 milli komandasında çalışıb


“Neftçi”nin əsas komandasına fiziki hazırlıq üzrə məşqçi təyinatı olub.

"Report" paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni ukraynalı mütəxəssis Dmitro Qolovko yerinə yetirəcək. 37 yaşlı mütəxəssis ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, D.Qolovko bunadək Ukraynanın “Dinamo” (Kiyev), “Krivbass”, “Karpatı”, “Volın”, “Çernomorets”, Rusiyanın “Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti