İqtisadiyyat Nazirliyində Strateji Yol Xəritələri müzakirə edilib

7-12-2017, 18:51
Oxunub: 24
Təklif və tövsiyələr verildiyi deyilir


İqtisadiyyat Nazirliyində "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında Nazirliyin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib. 

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda qeyd edilən strateji yol xəritəsi üzrə Nazirliyin əsas icraçı olduğu tədbirlərə dair aidiyyəti struktur bölmələrin hesabat məruzələri dinlənildiyi, icra müddəti 2017-ci ildə başa çatan və başlanılan tədbirlərin cari ilin birinci yarımilliyi üzrə icra vəziyyətinin qiymətləndirilməsinə dair İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatlarında verilmiş tövsiyələr nəzərə alınaraq, görülməsi tələb olunan işlər və gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıldığı, tədbirlərin tam və vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verildiyi deyilir.

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tapşırıqların icra vəziyyətinin Nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin və icraçıların iştirakı ilə müzakirəsinin aparılması tədbirləri davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti