Odessaya 87,5 min ton Azərbaycan nefti gətirilib

7-12-2017, 17:56
Oxunub: 24
Azərbaycan nefti Supsa limanından yola salınıb


Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 87,458 min ton Azərbaycan nefti çatdırılıb.

Report Enkorr saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasından bildirilib.

Azərbaycan nefti Malta bayrağı ilə üzən “Seastar” tankerində Odessa limanına daşınıb və dekabrın 1-də yük boşaldılıb. Məlumatda deyilir ki, Azərbaycan nefti Supsa limanından (Gürcüstan, Qara dəniz) yola salınıb.

Qeyd edək ki, “Ukrtatnafta” (zavodun operatoru) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik 1,3 mln. ton həcmində xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə “Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti