Fələstində Qüdslə bağlı qərarla əlaqədar etiraz aksiyası keçirilir

7-12-2017, 17:00
Oxunub: 25
Fələstin fraksiyaları fələstinliləri nümayişlərə gəlməyə çağırıb


Rəsmi Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərara etiraz edən fələstinlilərin ümumi etiraz yürüşləri İordan çayının Qərb sahilində həyatın bütün sahələrini dondurub.

Bu barədə Report RİA Novosti-yə istinadən xəbər verir.

Təhsil Nazirliyinin qərarı ilə təhsilin bütün sahələrində işlər dayanıb - məktəblər, institutlar və universitetlər bağlanıb. Etiraz aksiyaları ticarətə də təsir edib: mağazalar bağlanıb.

Fələstin fraksiyaları fələstinliləri nümayişlərə gəlməyə çağırıb.

Yerli hökumət Trampın qərarına etiraz əlaməti olaraq Yeni il yolkalarının işıqlarını və "Əl-Əqsa" məscidinin odunu söndürüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti