Ərdoğan: "Ey Tramp, sən nə etmək istəyirsən?!"

7-12-2017, 16:41
Oxunub: 26
"Qüds müsəlmanların, xristianların, qismən də müsəvilərin ibadətgahı kimi tanınıb"


“Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə BMTqərarlarını heçə saydı”.

APA-nın Hürriyet-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərindən öncə havalimanında çıxışı zamanı deyib. O, Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib: "Qüds müsəlmanların, xristianların, qismən də müsəvilərin ibadətgahı kimi tanınıb. Məscidi-Aksa müsəlmanların ilk qibləsidir. Belə bir qərar bölgəni alovun içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün mövcud olur. Hörmətli Tramp güclüyəm, o səbəblə haqlıyam deyirsə, yanılır. Haqlı olan güclüdür". 

R. T. Ərdoğan dekabrın 13-də, çərşənbə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının keçiriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti