Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb

7-12-2017, 16:33
Oxunub: 30
"Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək"


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 11-də təhsil nazirinin Neftçala rayonunda nəzərdə tutulan görüşü qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 

Bu barədə Report-un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 

"Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək", - deyə nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabr ayının 5-də imzaladığı sərəncamla Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti